Bank Of Baku

Ukrayna və Gürcüstan NATO-ya qəbul edilsə, Rusiya Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilədən çıxacaq

Ukrayna və Gürcüstan NATO-ya qəbul edilsə, Rusiya Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilədən çıxacaq
# 14 noyabr 2008 14:11 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu “İnterfaks”a Moskvadakı hərbi-diplomatik mənbə bildirib. Alyansın baş katibi Yaap de Hoop Sxefferin gələn il NATO-ya iki ölkənin qəbul ediləcəyinə dair açıqlamasını şərh edən mənbənin fikrincə, onun Ukrayna və Gürcüstanı nəzərdə tutduğu aydındır: “NATO postsovet məkanında bu cür qətiyyətlə genişlənirsə, Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilədə əksini tapmış hansı cinah məhdudiyyətlərindən danışmaq olar?! Bu halda Avropada adi silahlar üzərində nəzarət rejimi sınmış olacaq”.
Xatırladaq ki, Rusiya 2007-ci ilin dekabrında Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilədə iştirakına moratorium qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR