Bank Of Baku

MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

MDB Hökumət Başçıları Şurasının iclası keçirilib
# 14 noyabr 2008 15:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri hökumət başçılarının bu gün Moldovanın paytaxtı Kişinyovda keçirilən iclasında 30-a yaxın sənəd və qərar qəbul edilib. APA-nın məlumatına görə, toplantıda MDB-nin 2020-ci ilə kimi İqtisadi İnkişaf Strategiyası, nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, ərzaq təhlükəsizliyi ilə bağlı birgə səyləri artıran tədbirlərin həyata keçirilməsi, eləcə də əmək miqrantları və onların ailə üzvlərinin hüququ statusu barədə sənədlər qəbul olunub. Baş nazirlər həmçinin “Mir” Dövlətlərarası Teleradio Şirkətinin tam miqyaslı yayımı üçün onun istehsal bazasının rəqəmsal və multimediya texnologiyalarına keçməsinə dair planı da təsdiqləyiblər. Bu qərar “Mir”in informasiya imkanlarını genişləndirəcək.

MDB Hökumət Başçıları Şurasının növbəti yığıncağı 2009-cu ilin may ayında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR