Bank Of Baku

Leninin heykəli partladılıb

Leninin heykəli partladılıb
# 15 noyabr 2008 09:56 (UTC +04:00)
Moskva – APA. Rusiyanın Ryazan şəhərində naməlum şəxslər proletariatın rəhbəri Vladimir İliç Leninin heykəlini partladıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Ryazsvetmet” zavodunun yaxınlığındakı bağçada törədilən partlayış noyabrın 15-də səhərə yaxın – saat 03.00 radələrində baş verib. Hadisə zamanı heç kim zərər çəkməyib, amma 2 metrlik gips heykəl tamamilə dağılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışın 200 qran trotil gücünə bərabər olduğunu müəyyənləşdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR