Bank Of Baku

Eduard Şevardnadze: “Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyat keçirməsinə Mixail Saakaşvili əsas yaradıb”

Eduard Şevardnadze: “Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyat keçirməsinə Mixail Saakaşvili əsas yaradıb”
# 15 noyabr 2008 11:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze “Euronews”ə müsahibəsində deyib. O, Rusiyanın çox zəngin təbii ehtiyatlara malik böyük qonşu olduğunu bildirib: “Bütün baş verənlərdən sonra Rusiya ilə ümumi dil tapmaq üçün qeyri-adi siyasi-diplomatik qabiliyyətlərə malik olmaq lazımdır. Mən prezident olsaydım, Moskva ilə diplomatik əlaqələri qırmazdım”. E. Şevardnadzenin fikrincə, Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyat keçirməsinə Mixail Saakaşvili hakimiyyəti özü əsas yaradıb: “ABŞ bildirir ki, Sxinvaliyə daxil olmağı rəsmi Tiflisə onlar tövsiyə etməyiblər. Bunu təcavüz saymamaq olar, amma biz Rusiyaya əsas verdik. Bildiyimə görə, avqustun əvvəllərində nə Sxinvalidə, nə də Gürcüstanı Cənubi Osetiya və Şimali Qafqazla birləşdirən Rok tunelində Rusiya qoşunları yox idi”. E. Şevardnadzenin sözlərinə görə, Gürcüstanın NATO-ya üzvlüyü məsələsi ilk dəfə onun prezidentliyi dövründə 19 amerikalı hərbi mütəxəssis ölkəyə gələrkən qalxıb: “Mən o zaman Putinə təminat verdim ki, ABŞ-ın müasir ordu yaratmaqda bizə kömək etməsinə baxmayaraq, gürcü torpağında heç vaxt ABŞ hərbi bazası olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR