Bank Of Baku

Universitet rektoru öldürülüb

Universitet rektoru öldürülüb
# 15 noyabr 2008 12:16 (UTC +04:00)
Tolyatti – APA. Rusiyanın Tolyatti Universitetinin rektoru Sergey Jilkin qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, S. Jilkin bu gün yerli vaxtla saat 09.20-də “Prilesye” profilaktoriyasının ərazisində 2 naməlum şəxsin hücumuna məruz qalıb. Onlar rektora iti alətlə zərbələr endiriblər. Ürəyindən və qarnından ağır yaralar alan universitet rəhbəri xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

48 yaşlı S. Jilkin iqtisad elmləri doktoru idi. O, 1994-2000-ci illərdə Tolyattinin meri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR