Bank Of Baku

Mahaçqalada dörd silahlı məhv edilib

Mahaçqalada dörd silahlı məhv edilib
# 17 noyabr 2008 16:13 (UTC +04:00)
Mahaçqala – APA. Bu gün Mahaçqalada keçirilən xüsusi əməliyyat nəticəsində 4 silahlı öldürülüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstan İdarəsinin xüsusi təyinatlıları Kirov rayonunda qeyri-qanuni hərbi birləşmənin üzvlərinin gizləndiyi evi hücumla götürüb. Hücum zamanı 4 silahlı məhv edilib, FTX əməkdaşları arasında isə zərər çəkən olmayıb.

Kirov rayonundakı evlərdən birində iki silahlının olduğu barədə məlumat daxil olduqdan sonra onların zərərsizləşdirilməsi məqsədilə Mahaçqalanın bir neçə yaşayış kvartalı əhatəyə alınıb. Silahlıların təslim olması ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Bundan sonra əməliyyat keçirilib və silahlılar zərərsizləşdirilib. Hücum iki saat çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR