Bank Of Baku

Gürcü qaçqınlar ruslara məxsus keçmiş hərbi bazaların ərazisində məskunlaşdırılır

Gürcü qaçqınlar ruslara məxsus keçmiş hərbi bazaların ərazisində məskunlaşdırılır
# 18 noyabr 2008 08:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Kodor dərəsindən, Qoridən və Cənubi Osetiyanın gürcü kəndlərindən olan gürcü qaçqınlar Tiflis şəhərindən 15 kilometr məsafədə yerləşən Koda kəndindəki Rusiyaya məxsus sabiq hərbi hissənin binasında məskunlaşdırılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Rusiya hərbçiləri ərazini tərk edərkən bu yaşayış binalarını tamamilə yararsız hala salsa da, Gürcüstan hökuməti evləri yenidən təmir edərək gürcü qaçqınları ora yerləşdirib. Sabah Marneuli ərazisində yerləşən keçmiş rus hərbi bazasının ərazisinə də qaçqınların köçürülməsinə başlanacaq. Buradakı yenidən təmir edilmiş evlərdə 500-ə qədər qaçqın ailəsinin məskunlaşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR