Bank Of Baku

Gürcüstanda 24 min məcburi köçkün Cənubi Osetiya ətrafındakı evlərinə qayıda bilmir

Gürcüstanda 24 min məcburi köçkün Cənubi Osetiya ətrafındakı evlərinə qayıda bilmir
# 18 noyabr 2008 10:19 (UTC +04:00)
Tiflis – APA. Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternational” Gürcüstanla separatçı Cənubi Osetiya arasındakı “bufer zonası”nda vəziyyətə dair hesabat yayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hesabatda bildirilir ki, 24 min gürcü köçkünü təhlükəsizliklərinə təminat olmadığından həmin zonadakı evlərinə dönə bilmir. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Nikola Dakvort “bufer zonası”nda atışmalar, partlayışlar, adam oğurluğu və talançılıq hallarının baş verdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR