Bank Of Baku

Viktor İlyuxin: “Rusiyanın Qara dəniz donanması Türkiyənin Qara dəniz donanmasından dörd dəfə geri qalır”

Viktor İlyuxin: “Rusiyanın Qara dəniz donanması Türkiyənin Qara dəniz donanmasından dörd dəfə geri qalır”
# 19 noyabr 2008 10:27 (UTC +04:00)
Moskva – APA. Rusiyanın Qara dəniz donanması öz imkanlarına görə dənizdəki NATO ölkələrinin donanmasından dəfələrlə geri qalır. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Moskvada keçirilən mətbuat konfransında Dövlət Dumasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu Komitəsinin sədr müavini Viktor İlyuxin deyib. O bildirib ki, bu gün Rusiyanın Qara dəniz donanması Türkiyənin Qara dəniz donanmasından 4 dəfə geri qalır: “ABŞ donanması bu dənizə gələrsə, aradakı fərq daha da artacaq. Ümumən biz Qara dənizdə NATO ölkələrindən 20 dəfə zəifik”. V. İlyuxin qeyd edib ki, donanmanı gücləndirmək üçün yeni gəmilər inşa olunmalıdır, halbuki son illərdə Rusiya Hərbi Dəniz Donanması üçün cəmi 7 müasir gəmi inşa olunub. Deputat hesab edir ki, ABŞ-ın yeni prezidenti Barak Obama ölkəsinin Aralıq dənizində və Qara dəniz hövzəsində hökmranlığını gücləndirmək üçün hər şeyi edəcək. Onun fikrincə, dünyada geopolitik münaqişələr yaranarsa, bunlar Xəzər, Qafqaz və Qara dəniz zonalarında baş verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR