Bank Of Baku

Rusiya prezidentinin səlahiyyət müddətinin artırılması barədə Konstitusiya dəyişiklikləri ikinci oxunuşda qəbul olunub

Rusiya prezidentinin səlahiyyət müddətinin artırılması barədə Konstitusiya dəyişiklikləri ikinci oxunuşda qəbul olunub
# 19 noyabr 2008 10:28 (UTC +04:00)
Moskva-APA. Dövlət Duması Rusiya prezidentinin və deputatların səlahiyyət müddətinin artırılması haqqında Konstitusiya dəyişikliyi layihəsini ikinci oxunuşda qəbul edib. APA-nın məlumatına görə, yeni dəyişikliklərin lehinə 351 deputat, əleyhinə 57 deputat səs verib. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyət müddəti 4 ildən 6 ilə, deputatların səlahiyyət müddəti isə 4 ildən 5 ilədək artırılacaq. Bu dəyişikliklər növbəti prezident və parlament seçkilərindən sonra tətbiq olunacaq. Daha bir təklif olunan Konstitusiya dəyişikliyinə əsasən, hökumət fəaliyyəti ilə bağlı hər il parlament qarşısında hesabat verməlidir. Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi noyabrın 21-nə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR