Bank Of Baku

Badri Patarkatsişvilinin xanımı “İmedi”ni geri istəyir

Badri Patarkatsişvilinin xanımı “İmedi”ni geri istəyir
# 19 noyabr 2008 12:23 (UTC +04:00)
Tiflis – APA. Mərhum gürcü iş adamı Badri Patarkatsişvilinin xanımı İnna Qudavadze Gürcüstan prezident Mixail Saakaşviliyə məktub göndərib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, İ. Qudavadze “İmedi” telekanalının B. Patarkatsişvilinin ailəsinə qaytarılmasını xahiş edib. O, Gürcüstan prezidentinin daim qanunun aliliyi, KİV azadlığı, şəxsi mülkiyyətin qorunması prinsiplərinə bağlılığını bəyan etdiyini xatırladıb: “Mən sizi sözlərinizi əməldə də təsdiqləməyə və cəmiyyət üçün vacib olan bu məsələnin həllinə kömək göstərməyə çağırıram”.

Qeyd edək ki, B. Patarkatsişvili tərəfindən yaradılan müxalifyönlü “İmedi” telekanalının yayımı 2007-ci ilin noyabrında müxalifətin kütləvi aksiyasının dağıdılmasından sonra dayandırılıb. Xüsusi təyinatlılar telekanalın ofisinə girərək avadanlıqları dağıdıblar. Sonra teleşirkətin əmlakına həbs qoyulub. Telekanal 2008-ci ilin mayında yayımını bərpa edib. Hazırda telekanal siyasi proqramlar yayımlamır. Bu yaxınlarda B. Patarkatsişvilinin ögey qardaşı Cozef Key teleşirkətin əmlakının onun adına sənədləşdirildiyini və “İmedi”nin sahibi olduğunu bildirib. Ancaq iş adamının ailəsi və Gürcüstan müxalifəti onu fırıldaqçılıqda və hakimiyyətlə əlaqədə ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR