Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidməti hədələnən jurnalistə mühafizə ayırıb

Ukrayna Təhlükəsizlik Xidməti hədələnən jurnalistə mühafizə ayırıb
# 19 noyabr 2008 12:54 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Təhlükəsizlik Xidməti “1+1” telekenalında yayımlanan “Jest mundira” proqramının müəllifi Jan Novoseltsevə mühafizə ayırıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, jurnalistin hədələndiyi, bu səbəblə mühafizəyə ehtiyac duyduğu haqda telekanalın müraciəti təmin edilib. Təhlükəsizlik Xidmətindən bildiriblər ki, J. Novoseltsevə təzyiq göstərən şəxslərin əməlinin ictimai təhlükəliliyi, jurnalistin toxunduğu mövzuların kəskinliyi və söz azadlığının demokratik cəmiyyətin əsas şərtlərindən biri olduğu nəzərə alınaraq ona “Alfa” xüsusi dəstəsinin əməkdaşları arasından mühafizə ayrılması barədə qərar qəbul edilib. “Jest mundira” telelayihəsinin bütün iştirakçılarından xahiş edilib ki, onların ünvanına hədə-qorxular daxil olarsa, dərhal bu barədə Təhlükəsizlik Xidməti və prokurorluq orqanlarına məlumat versinlər. Ukrayna Baş Prokurorluğundan da bildiriblər ki, “1+1” telekanalı və jurnalistdən müraciət daxil olduqdan dərhal sonra təxirəsalınmaz tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR