Bank Of Baku

Gürcülərlə osetinlər arasında atışma baş verib

Gürcülərlə osetinlər arasında atışma baş verib
# 19 noyabr 2008 14:07 (UTC +04:00)
Sxinvali-APA. Cənubi Osetiya yaxınlığında yerləşən Mereti gürcü kəndində atışma baş verib. APA-nın məlumatına görə, insidentə görə gürcü və osetinlər bir-birini ittiham edirlər. Gürcüstan tərəfinin məlumatına görə, bu gün səhərə saatlarında kəndə içərisində silahlı adamlarla dolu maşın daxil olub. Maşını saxlamaq əmrinə tabe olmayan sərnişinlər polis postuna atəş açıblar. Cavab atəşi nəticəsində maşın açıb, silahlılar isə geriyə - Cənubi Osetiya ərazisinə qaçıblar. Onlardan birini yaralı olduğu bildirilir. Separatçı Cənubi Osetiya rejimi isə prokurorluğun istintaq qrupunun Mereti kəndində atəşə tutulduğunu bildirib. Məlumatda qeyd olunur ki, “Gürcüstanla sərhəd bölgədəki Ksuis osetin kəndində cəsəd tapıldığı barədə məlumat daxil olduqdan sonra ora üç müstəntiq göndərilib və müstəntiqlər Meredi kəndində atəşə məruz qalıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR