Bank Of Baku

NATO PA Gürcüstanın hərbi alyansa qəbulunu dəstəkləyən bəyannamə qəbul edib

NATO PA Gürcüstanın hərbi alyansa qəbulunu dəstəkləyən bəyannamə qəbul edib
# 20 noyabr 2008 09:06 (UTC +04:00)
Valensiya-APA. NATO Parlament Assambleyasının Valensiyada keçirilən plenar sessiyasında Gürcüstan-Rusiya münaqişəsinə dair xüsusi bəyannamə qəbul olunub. APA-nın məlumatına görə, qətnamədə bildirilir ki, Rusiya hələ münaqişədən əvvəl Abxaziya və Cənubi Osetiya ərazisində sülhməramlı qüvvələrin sayını normadan çox-çox artırıb: “Avqustda gürcü kəndlərinə hücum edənlər Gürcüstanı təxribata sürükləyiblər, təəssüf ki, rəsmi Tiflis bu təxribatlara hərbi güc tətbiqi ilə cavab verib”. NATO Parlament Assambleyası Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın tərkibi olaraq tanımaqda davam etdiyini, Rusiyanın da BMT Təhlükəsizlik Şurasının 15 aprel tarixli qətnaməsi ilə bu faktlı tanıdığını bildirib. NATO PA həmçinin alyans ölkələrini Gürcüstanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planını qəbul etməyə çağırıblar. Bəyannamədə həmçinin alyans üzvlərindən Gürcüstanın Rusiya ilə münaqişə dövründə dağılmış infrastrukturunu bərpa etməkdə yardım göstərilməsi xahiş olunur: “Parlament Assambleyası bəyan edir ki, Gürcüstana tamhüquqlu üzvlük vəd edildiyi NATO-nun Buxarest sammitinin qərarlarına sadiqdir”.

NATO Parlament Assambleyası həmçinin Rusiya ilə gələcək münasibətlərə dair 371 saylı qətnamə də qəbul edib. Qətnamədə alyansın Rusiya ilə münasibətlərinin prinsipləri öz əksini tapıb. Gürcüstana qarşı hərbi güc tətbiqinin, atəşkəs haqqında sazişə riayət olunmamasının pisləndiyi qətnamədə bildirilir ki, NATO Rusiya ilə terrorizmə qarşı mübarizə, Əfqanıstanda stabilliyin bərqərar olması, kütləvi qırğın silahının yayılmasının qarşısını almaq və İranın nüvə proqram məsələlərində əməkdaşlığa hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR