Bank Of Baku

Moskvada hakim “Vahid Rusiya” partiyasının X qurultayı keçirilir

Moskvada hakim “Vahid Rusiya” partiyasının X qurultayı keçirilir
# 20 noyabr 2008 11:54 (UTC +04:00)
Moskva-APA. Moskvada hakim “Vahid Rusiya” partiyasının X qurultayı öz işinə başlayıb. APA-nın məlumatına görə, qurultayda 600 nümayəndə və 1,500 qonaq qatılıb. Qurultay ilk dəfə partiyanın lideri, baş nazir Vladimir Putinin sədrliyi ilə keçəcək. Putinin hesabatla çıxış edəcəyi qurultaya prezident Dmitri Medvedev qonaq qismində qatılacaq. Qurultayın gündəliyinə Rusiyanın 2020-ci ilə kimi sosial-iqtisadi inkişafı strategiyasının müzakirəsi, Nizamnaməyə dəyişikliklər və rəhbər orqanların yenidən seçilməsi məsələləri daxil edilib. Tədbir çərçivəsində həmçinin “Vahid Rusiya” partiyası ilə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı arasında əməkdaşlıq haqqında saziş imzalanacaq. Qurultay iştirakçıları həmçinin Rusiya Aqrar Partiyasının “Vahid Rusiya” ilə birləşməsi məsələsinə də münasibət bildirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR