Bank Of Baku

Moskvada qafqazlılardan ibarət “skinxed” qruplaşmaları fəaliyyətə başlayıb

Moskvada qafqazlılardan ibarət “skinxed” qruplaşmaları fəaliyyətə başlayıb
# 20 noyabr 2008 12:36 (UTC +04:00)
Moskva-APA. Moskva hüquq-mühafizə orqanları paytaxtda qafqazlılardan ibarət ekstremist qruplaşmaların fəaliyyət göstərdiyini bəyan ediblər. APA-nın məlumatına görə, paytaxt milisi qafqazlı qruplaşmaların Moskva sakinlərinə hücum etdiyini və bu prosesi videoya çəkdiklərini bildirir. Bu proses Rusiya paytaxtında “skinxed”lərin sayının azalmasına təsir göstərməyib. Açıqlanan məlumatda “skinxedlər”in bəzi hallarda sifariş əsasında hücumlar təşkil etdiyi vurğulanır. Moskva şəhər daxili işlər idarəsinin təmsilçisi general-mayor İvan Qluxov qafqazlı ekstremist qruplaşmaların əsasən slavyan millətindən olan şəxslərə hücum etdiyini, onların döyülməsi prosesini lentə köçürərək internetdə yaydıqlarını deyib: “Slavyan mənşəli qruplaşmaların da fəaliyyəti intensivləşib. Son bir ildə qeyri-slavyanlara hücumlar təşkil edən 7 ekstremist qruplaşma zərərsizləşdirilib. Bu qruplarda təqribən 40 nəfər təmsil olunur. Saxlanan şəxslərin 66 faizi tələbələrdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR