Bank Of Baku

Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi azalır

Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi azalır
# 20 noyabr 2008 13:30 (UTC +04:00)
Moskva – APA. Son bir həftə ərzində Rusiyanın beynəlxalq qızıl-valyuta ehtiyatlarının miqdarı daha 21,9 milyard dollar azalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının Mərkəzi Bankı açıqlayıb. Bu ilin avqust ayında ölkənin qızıl-valyuta ehtiyatlarının həcmi təxminən 600 milyard dollar olduğu halda, hazırda 453,5 milyard dollara enib. Baş nazirin müavini və maliyyə naziri Aleksey Kudrin bunu üç əsas səbəblə əlaqələndirib. O bildirib ki, vəsaitin əsas hissəsi rublun kursunun dəstəklənməsinə sərf olunur. Çünki Mərkəzi Bank bazara valyuta çıxarmasa, dollar və avro çatışmazlığı yaranar ki, bu da rublun çöküşünə gətirib çıxarar. Ehtiyatların azalmasının digər səbəbi odur ki, son aylar dünya bazarında dolların kursu yüksəlməkdədir, Rusiya Mərkəzi Bankı isə öz ehtiyatlarının həcmini məhz dollarla hesablayır. Üçüncü səbəb vəsaitlərin bir qisminin hökumətin böhrana qarşı həyata keçirdiyi tədbirlərin maliyyələşdirilməsinə sərf edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Rusiyanın qızıl-valyuta ehtiyatları dünyada ən iri həcmli ehtiyatlardan biri sayılır. Son illər neftin qiymətinin yüksəlməsi nəticəsində bu ehtiyatların həcmi durmadan artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR