Bank Of Baku

Dmitri Medvedev: “Rusiya Ukraynadan borcunu ya xoşluqla, ya da məcburi şəkildə almalıdır”

Dmitri Medvedev: “Rusiya Ukraynadan borcunu ya xoşluqla, ya da məcburi şəkildə almalıdır”
# 20 noyabr 2008 13:57 (UTC +04:00)
Moskva-APA. “Ukraynadan mavi yanacağa görə Rusiyaya olan borcunu ya xoşluqla, ya da məcbur edərək almaq lazımdır”. APA-nın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev bu fikirləri “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşdə söyləyib. Aleksey Miller bildirib ki, “Qazprom”a rəhbərlik etdiyi müddətdə Ukraynanın Rusiyaya mavi yanacağa görə borcu 2,4 milyard dollara çatıb.

Qeyd edək ki, “Naftoqaz Ukrainı” şirkətinin rəhbərliyi yerli mətbuata verdiyi açıqlamada satın alınan qaza görə “Qazprom”a heç bir borclarının olmadığını bəyan edib. Şirkətdən bildiriblər ki, “Naftoqaz Ukrainı” şirkətinin yalnız vasitəçi şirkət olan “RosUkrEnergo” şirkətinə borcu var. Bu borc miqdarı isə 1,26 milyard dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR