Bank Of Baku

Viktor Yuşşenko Dmitri Medvedevi milyonlarla ukraynalının xatirəsinə hörmətsizlik etməkdə günahlandırıb

Viktor Yuşşenko Dmitri Medvedevi milyonlarla ukraynalının xatirəsinə hörmətsizlik etməkdə günahlandırıb
# 20 noyabr 2008 14:38 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko “Qolodomor”un 75 illiyi ilə bağlı tədbirlərdə iştirakdan imtina edən Rusiya prezidenti Dmitri Medvedevi milyonlarla ukraynalının xatirəsinə hörmətsizlik etməkdə günahlandırıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko İspaniyanın “El Pais” qəzetinə müsahibəsində rus həmkarını Ukrayna xalqının faciəsinə qeyri-adekvat münasibət göstərməkdə qınayıb. O bildirib ki, Rusiya prezidenti bu mövqeyi ilə dünyada günahsız öldürülən milyonlarla insanı alçaldır.
Xatırladaq ki, 1932-1933-cü illərdə Stalin rejiminin Ukraynada yaratdığı süni aclıq nəticəsində 10 milyona yaxın adam ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR