Bank Of Baku

“Qazprom” Ukraynaya satdığı təbii qazın qiymətini azı 400 dollara qaldıracaq

“Qazprom” Ukraynaya satdığı təbii qazın qiymətini azı 400 dollara qaldıracaq
# 21 noyabr 2008 08:08 (UTC +04:00)
Moskva – APA. Rusiyanın “Qazprom” şirkəti 2009-cu ilin yanvarından etibarən Ukraynaya təbii qazın hər min kubmetrini azı 400 dollardan satmağa hazırlaşır. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”in İdarə Heyətinin sədri Aleksey Miller prezident Dmitri Medvedevlə görüşündən sonra deyib. O bildirib ki, Ukraynaya təbii qazın satışı sahəsində bazar münasibətlərinə keçdikdən sonra qiymət yanvarın 1-dən etibarən 400 dollardan baha ola bilər.

Xatırladaq ki, Ukraynanın baş naziri Yuliya Timoşenko oktyabr ayında Rusiyaya səfəri zamanı üç il ərzində bazar qiymətlərinə keçidlə bağlı razılığa gəldiklərini açıqlamışdı. “Naftoqaz Ukrainı” şirkətinin rəhbəri Oleq Dubina isə ümid etdiyini bildirmişdi ki, 2009-cu ildə təbi qazın qiyməti 250-300 dollardan çox olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR