Bank Of Baku

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan siyasətə qayıdır

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan siyasətə qayıdır
# 21 noyabr 2008 10:08 (UTC +04:00)
İrəvan – APA. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan müvafiq məqam yetişdikdə böyük siyasətə qayıdacağını açıqlayıb. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, hazırda “Sivilitas” adlı fonda rəhbərlik edən keçmiş nazir bunu “Şant” telekanalına müsahibəsində deyib. O, hansı formatda siyasətə dönəcəyini söyləməyib: “Bunun siyasi partiya, yoxsa başqa bir format olacağını zaman göstərəcək”. Hazırda görüşlər və məsləhətləşmələr keçirdiklərini, hətta adi vətəndaşların da rəyini öyrəndiklərini bildirən V. Oskanyan bu qərarının sabiq prezident Robert Köçəryanla heç bir əlaqəsi olmadığını vurğulayıb: “Robert Köçəryan hələlik dincəlir və hansı işlə məşğul olacağına qərar verməyib. Amma mən qərar vermişəm”.

Qeyd edək ki, V. Oskanyan “Sivilitas” fondunu bu il iyunun 5-də təsis edib. Qurumun əsas fəaliyyət istiqaməti Ermənistanın xarici siyasətinin düzgün anlaşılmasına və ölkənin inkişafına, demokratiyanın dərinləşməsinə yönəlmiş proqramlara yardımçı olmaqdır. Fondun Himayəçilər Şurasında Gürcüstan parlamentini sabiq sədri Nino Burcanadze, Kanadanın keçmiş xarici işlər naziri Loyd N. Eksuorti, İsrailin sabiq təhsil naziri Yosi Sarid, ABŞ Yəhudi Komitəsinin Milli Şurasının üzvü Piter R. Rozenblat, Türkiyə Helsinki Komitəsinin üzvü Murad Bəlgə və digər tanınmış şəxslər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR