Bank Of Baku

Viktor Yuşşenko Rusiyaya olan borca görə Yuliya Timoşenkonun məsuliyyət daşıdığını bildirib

Viktor Yuşşenko Rusiyaya olan borca görə Yuliya Timoşenkonun məsuliyyət daşıdığını bildirib
# 21 noyabr 2008 12:21 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Yuliya Timoşenko hökumətini qeyri-peşəkar enerji siyasəti aparmaqda ittiham edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxış edən V. Yuşşenko Rusiya prezidenti Dmitri Medvedevin Ukraynanın “Qazprom”a olan borcu ilə bağlı bəyanatına münasibət bildirib. O, baş nazir Yuliya Timoşenkonu kəskin tənqid edib: “Bugünkü hökumətin fəaliyyətinin tarixçəsi onunla başladı ki, birinci kvartal ərzində ölkəyə idxal olunmuş qazla bağlı heç bir hesablama aparılmadı. Xəbərdarlıq etmək istərdim ki, bu cür praktika Ukraynanın müstəmləkəyə çevrilməsinə aparır. Bu, enerji siyasəti deyil”. Dövlət başçısının fikrincə, ödənməmiş borclara görə Nazirlər Kabineti cavabdehlik daşıyır: “Bu məsələ sizin şəxsi məsələnizdir. Başqa insanları və xalqı bu işə qatmayın”. V. Yuşşenko Nazirlər Kabinetinə Rusiya ilə qaz idxalına dair effektiv danışıqlar aparmağı tövsiyə edib: “Siz elə bir ölkədə yaşayırsınız ki, orada qazın qiymətini prezident müəyyən etmir. Bir neçə mərhələli effektiv danışıqlar 2009-cu il üçün qazın qiymətinin siyasi xarakterli olub-olmadığına aydınlıq gətirəcək”.
Xatırladaq ki, Rusiyadan təbii qaz idxal edən Ukraynanın “Qazprom”a xeyli borcu var. Rusiya prezidenti Dmitri Medvedev “Qazprom”un rəhbərliyini bu borcun tezliklə ödənməsini təmin etməyə çağırıb. Şirkətin İdarə Heyətinin sədri Aleksey Miller yeni ildən etibarən Ukraynaya təbii qazın hər min kubmetrini 400 dollardan baha qiymətə satacaqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR