Bank Of Baku

Viktor Yuşşenko: “Bəzi Ukrayna siyasətçilərinin hələ də maloross və xoxol olaraq qalması adama ağır gəlir”

Viktor Yuşşenko: “Bəzi Ukrayna siyasətçilərinin hələ də maloross və xoxol olaraq qalması adama ağır gəlir”
# 21 noyabr 2008 13:41 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko hökumət üzvlərini və siyasətçiləri “Qolodomor” məsələsində Ukraynanın maraqlarını müdafiə etməyə çağırıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxış edən V. Yuşşenko Ukrayna siyasətində “Qolodomor” mövzusunda birlik olmadığı üçün utanc duyduğunu deyib: “Daha neçə milyon qurban lazımdır ki, Ukrayna siyasətçiləri bunun cinayət olduğunu anlasınlar?! Bəzi siyasi qüvvələrin mövqeyi utandırıcıdır. Özünü Ukrayna siyasətinə aid edənlərin hələ də maloross və xoxol olaraq qalması adama ağır gəlir”. V. Yuşşenko ümid etdiyini bildirib ki, hökumət üzvlərinin və digər yüksək vəzifəli şəxslərin hakimiyyətin mövqeyini ifadə etmək lazım gələndə qaçıb gizlənməməyə kişiliyi çatacaq. O, hakimiyyətdə təmsil olunan bütün şəxsləri, vətəndaşları və jurnalistləri diz çökməməyə, ukraynalı olmağa səsləyib. V. Yuşşenko 1932-1933-cü illərdə Ukraynada yaradılmış süni aclığı bir daha cinayət adlandırıb: “Deməli, cinayət varsa, cinayətkarlar da var. Həmin canilər bu gün həqiqəti gizlətmək və ukraynalıların bu faciəni unutması üçün hər şeyi edəcəklər”.
Qeyd edək ki, “xoxol” və “maloross” sözləri Rusiya İmperiyası qurulduqdan sonra ukraynalıları aşağılamaq məqsədilə orta atılmış kəlmələrdir. “Xoxol” geridə qalmış, mədəniyyətsiz, əyalət adamı mənasında işlənir. “Maloross” (və ya “Malorossiya”) isə böyük Rusiya İmperiyasının kiçik, əhəmiyyətsiz bir hissəsi deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR