Bank Of Baku

Yuliya Timoşenko: “Ukraynanın Rusiyaya borcu yoxdur”

Yuliya Timoşenko: “Ukraynanın Rusiyaya borcu yoxdur”
# 21 noyabr 2008 15:28 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın baş naziri Yuliya Timoşenko Ukrayna dövlətinin Rusiyanın “Qazprom” şirkətinə borcu olmadığını bəyan edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Timoşenko deyib ki, “Qazprom”a borclu olan “RosUkrEnerqo” adlı vasitəçi müəssisədir və bu borcun Ukraynaya dəxli yoxdur: “Bu borclar köhnə dövrdən qalıb və “Ros UkrEnerqo”nun borcudur. Ukrayna “RosUkrEnerqo”ya heç nə verəsi deyil”. Gələn ildən Ukraynaya təbii qazın azı 400 dollara satılacağına dair “Qazprom” rəhbərliyinin açıqlamasına toxunan Y. Timoşenko bildirib ki, səbirli olmaq lazımdır: “Müvafiq razılaşmanın imzalanmasını gözləməliyik. Fikrimcə, yeni sazişdə qiymət məsələsi mənim Vladimir Putinlə imzaladığım Memorandumda nəzərdə tutulduğu kimi olacaq. Həmin Memorandumda qeyd edilib ki, bazar qiymətlərinə üç il ərzində, tədricən keçiləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR