Bank Of Baku

Corc Buş gürcü xalqını təbrik edib və 250 milyon dollar göndərib

Corc Buş gürcü xalqını təbrik edib və 250 milyon dollar göndərib
# 24 noyabr 2008 08:06 (UTC +04:00)
Tiflis – APA. ABŞ prezidenti Corc Buş “qızılgül inqilabı”nın 5-ci ildönümü münasibətilə gürcü xalqını təbrik edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, C. Buş bildirib ki, azadlıq tarixində ən ruhlandırıcı fəsillərdən biri gürcü xalqı tərəfindən yazılıb: “Beş il əvvəl yalnız qızılgüllə silahlanmış Gürcüstan vətəndaşları Allah tərəfindən verilmiş azadlıq hüququna dinc yolla sahib oldular. Bu ildönümdə amerikalılar azadlığı müdafiə etmiş mərd Gürcüstan vətəndaşlarını salamlayır. Biz Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə və demokratiyasına dəstəklə bağlı öhdəliyimizə sadiqliyimizi bəyan edirik”.
Gürcüstan “qızılgül inqilabı”nın ildönümündə ABŞ-dan hədiyyə də alıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyini ayırdığı maliyyə yardımının 250 milyon dollarlıq ilk tranşı ölkəyə daxil olub. Rusiya ilə müharibədən sonra ABŞ-ın Gürcüstanın bərpası üçün ayırdığı yardımın ümumi həcmi 1 milyard dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR