Bank Of Baku

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze partiya yaradıb

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze partiya yaradıb
# 24 noyabr 2008 08:22 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadzenin liderlik etdiyi “Demokratik hərəkat – vahid Gürcüstan” Partiyasının təsis qurultayı keçirilib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, N. Burcanadze çıxışında Mixail Saakaşvili rejimini tənqid atəşinə tutub. O bildirib ki, Rusiya tərəfindən qabaqcadan planlaşdırılmış müharibəni sovuşdurmağı bacarmayan hakimiyyət həlak olan insanlara, dağılan evlərə görə üzr istəmək cəsarətini də göstərə bilməyib: “Yalnız öz hakimiyyətini qorumağa çalışan bu iqtidar nəzarəti altında olan media vasitəsilə guya hər şeyin yaxşı olduğu virtual reallıq təsvir edərək bunun arxasında gizlənir. Dünən bizim prezident çıxış edərək bildirdi ki, Gürcüstanın durumunda olan istənilən Qərb ölkəsində hökumət istefaya gedərdi. Mən onunla tam razıyam. Çünki istənilən sivil, demokratik ölkədə öz xalqını və ölkəsini fəlakət həddinə gətirib çıxaran hökumət mütləq kənara çəkilərdi, yaxud xalq onu dəyişdirərdi. Əminəm ki, biz də bu cür hərəkət etməli, Konstitusion yolla yeni demokratik rəhbərliyi iqtidara gətirməliyik”.
Qeyd edək ki, təsis qurultayında 2 minə yaxın nümayəndə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR