Bank Of Baku

Rusiya Xəzərdəki Hərbi Donanmasının tərkibindəki katerlərin sayını artırır

Rusiya Xəzərdəki Hərbi Donanmasının tərkibindəki katerlərin sayını artırır
# 24 noyabr 2008 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Rusiya bu ilin sonuna qədər Xəzərdəki hərbi donanmasının tərkibinə 2 yeni desant kateri daxil etməyi planlaşdırır. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Xəzər Hərbi Donanmasının komandanı, vitse-admiral Viktor Kravçuk bildirib. “Nijeqorod Gəmiqayırma Zavodu” ASC-nin “Volqa” Zavodunda inşa olunmuş 11770 layihəli “Serna” tipli bu katerlər hazırda Mahaçqala limanında sınaqdan çıxarılır. Katerlər dekabr ayında Xəzər Hərbi Donanmasının 106-cı gəmi mühafizə briqadasının tərkibinə qəbul ediləcək.

Desant qüvvələri və hərbi texnikasını daşımaq üçün nəzərdə tutulan “Serna” ümumilikdə 45 ton yük və 92 nəfər desant götürmək imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR