Bank Of Baku

“Qazprom” Ukraynanı beynəlxalq məhkəməyə verə bilər

“Qazprom” Ukraynanı beynəlxalq məhkəməyə verə bilər
# 24 noyabr 2008 11:08 (UTC +04:00)
Moskva – APA. Rusiyanın “Qazprom” şirkəti borclarını ödəməyən Ukraynanı beynəlxalq məhkəməyə vermək üçün müvafiq sənədlər hazırlayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Qazprom”un sədrinin birinci müavini Aleksandr Medvedev deyib. O bildirib ki, “Qazprom” beynəlxalq məhkəmə instansiyasına müraciət etmək üçün lazımi sənədlərə malikdir və Kiyev borcunu ödəməzsə, bu hüququndan istifadə edəcək: “Təəssüf ki, Yeni ili masa arxasında ukraynalı həmkarlarımızla keçirmək kimi xoş olmayan bir ənənə yaranıb. Amma biz vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edirik. Əks təqdirdə, borcun məcburi qaydada ödənməsi mexanizmi işə salınacaq. Bunun üçün hər şey hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR