Bank Of Baku

İstintaq: Cənubi Osetiyada gedən müharibədə Gürcüstan tərəfdən muzdlular döyüşüb

İstintaq: Cənubi Osetiyada gedən müharibədə Gürcüstan tərəfdən muzdlular döyüşüb
# 24 noyabr 2008 11:41 (UTC +04:00)
Moskva - APA. Bu ilin avqust ayında Cənubi Osetiyada baş verən münaqişə zamanı Gürcüstan tərəfdən əcnəbi muzdlular döyüşüblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Federasiyası Prokurorluğu nəzdində İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin çıxış edib. A. Bastrıkinin sözlərinə görə, istintaq müəyyən edib ki, avqustun 8-də Cənubi Osetiya üzərinə hücuma keçən Gürcüstan ordusunun tərkibində ABŞ, Çexiya, Türkiyə, Ukrayna, həmçinin Çeçenistandan da muzdlular olub. Bundan başqa, istintaq Gürcüstan tərəfinin qadağan olunmuş silahlardan istifadə etdiyini təsdiqləyib.

A. Bastrıkin Cənubi Osetiyada baş verənlərlə bağlı istintaqın ən azı hələ iki ay davam edəcəyini bildirib: “Bununla belə, indidən də söyləmək olar ki, Cənubi Osetiya xalqına qarşı soyqırımı törədildiyini təsdiqləyən ağır cinayət baş verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR