Bank Of Baku

Gələn ilin martından Ermənistan Türkiyəyə elektrik enerjisi ötürməyə başlayacaq

Gələn ilin martından Ermənistan Türkiyəyə elektrik enerjisi ötürməyə başlayacaq
# 24 noyabr 2008 14:17 (UTC +04:00)
İrəvan – APA. 2009-cu il martın 1-dən etibarən Ermənistan Türkiyəyə elektrik enerjisi ixrac etməyə başlayacaq. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan deyib. O, hazırda Türkiyə tərəfinin Qars ərazisindəki elektrik xəttini və yarımstansiyanı bərpa etməklə məşğul olduğunu söyləyib. Nazir bildirib ki, bu ilin sentyabrında İrəvanda Türkiyənin “UNİT İnternational” şirkəti ilə imzalanmış müqaviləyə əsasən bərpa işləri və lisenziya alınması proseduru 6 aya yekunlaşmalıdır: “Bir neçə gün əvvəl mən türk tərəfindən məlumat aldım ki, işlər qrafik üzrə gedir”. A. Movsisyan Ermənistan tərəfinin bütün texniki hazırlıqları başa çatdırdığını vurğulayıb.

Qeyd edək ki, SSRİ dövründə də Ermənistandan Türkiyəyə elektrik enerjisi ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR