Bank Of Baku

Moldovada səslər yenidən sayılacaq

Moldovada səslər yenidən sayılacaq
# 10 aprel 2009 13:17 (UTC +04:00)
Kişinyov – APA. Moldova prezidenti Vladimir Voronin aprelin 5-də keçirilmiş parlament seçkilərində verilmiş səslərin yenidən sayılmasına razılaşıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kommunist Partiyasının lideri olan V. Voronin bu təkliflə Konstitusiya Məhkəməsinə müraciət edib. O, müraciətində bildirib ki, bu tədbir siyasi sabitliyin təmin edilməsində mühüm addım olacaq.

Xatırladaq ki, Moldova Mərkəzi Seçki Komissiyası parlament seçkilərində hakim Kommunist Partiyasının 49,91% səs topladığını açıqlayıb. Müxalifət isə bu rəqəmin saxta olduğunu əsas gətirərək səslərin yenidən sayılmasını tələb edib. Bu arada Kişinyovda baş verən iğtişaşın təşkilatçısı olduğu bildirilən N. İordan adlı Rumıniya vətəndaşı yaxalanıb. Moldova Baş Prokurorluğu onun üzərindən Kişinyovun xəritəsi və yandırıcı şüşələrin tapıldığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR