Bank Of Baku

MDB Xarici İşlər Nazirləri Şurası Moldovadakı vəziyyətlə bağlı bəyanat qəbul edib

MDB Xarici İşlər Nazirləri Şurası Moldovadakı vəziyyətlə bağlı bəyanat qəbul edib
# 10 aprel 2009 16:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının bu gün Aşqabadda keçirilən iclasında Moldovadakı vəziyyətlə bağlı birgə bəyanat qəbul edilib. APA-nın məlumatına görə, bəyanatda XİN başçıları bəyanatda mübahisəli məsələləri güc yolu ilə həll etmək cəhdlərini pisləyiblər. Onlar tərəfləri ölkədə konstitusion qaydalara riayət etməyə, beynəlxalq müşahidəçilər tərəfindən tanınmış parlament seçkilərinin nəticələri ilə hesablaşmağa çağırıblar. Qeyd edək ki, MDB XİN Şurasında 20-yə yaxın məsələ müzakirə olunub. İclasda cinayətkarlıqla mübarizə sahəsində və aviasiya hadisələri sahəsində informasiya mübadiləsi haqqında sazişlərin layihələri barədə qərar qəbul edilib, MDB müşahidə missiyasının iş praktikasını müzakirə olunub və MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyini təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR