Bank Of Baku

İrakli Alasaniya: «Müxalifət danışıqlara başlamağa hazırdır»

İrakli Alasaniya: «Müxalifət danışıqlara başlamağa hazırdır»
# 11 aprel 2009 08:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dünən gecə «Tbilisi Mariott» otelində Gürcüstanın müxalifət liderləri ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi arasında «Ölkədə gedən proseslər, onun genişlənməsi və nəticəsi» mövzusunda bağlı qapılar arxasında görüş keçirilib.
APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, görüşdə həm də Avropa İttifaqının Tiflisdə iki gün davam edən aksiyalara verdiyi qiymət və prezident Mixail Saakaşvili ilə müxalifət liderləri arasında teleefirdə görüşün təşkili məsələsi müzakirə olunub. Toplantıda 9 aprel aksiya təşkilatçılarından Levan Qaçeçiladze, İrakli Alasaniya, Kaxa Kukava və Eka Beseliya iştirak ediblər.
Tədbirdən sonra jurnalistlərə açıqlama verən «Gürcüstan Naminə Alyans»ın lideri İ.Alasaniya qeyd edib ki, müxalifət danışıqlara başlamağa hazırdır: «Əgər biz Saakaşvili ilə canlı efirdə açıq danışığa girsək, onda bu, müxalifətin real danışıqlardan qaçmadığını nümayiş etdirəcək». İ.Alasaniya mitinqdə bəyan edib ki, «Biz dialoqa o şərtlə razıyıq ki, Mixail Saakaşvili müxalifət liderləri ilə şəxsən danışıqlar masasına otursun və danışıqlar canlı televiziya vasitəsilə yayımlansın».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR