Bank Of Baku

Mixaıl Saakaşvili: «Məni daha çox gürcü xalqını narahat edən məsələlər maraqlandırır»

Mixaıl Saakaşvili: «Məni daha çox gürcü xalqını narahat edən məsələlər maraqlandırır»
# 11 aprel 2009 08:18 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Aprelin 10-da Gürcüstan parlamentinin binası qarşısında aksiyanı davam etdirən müxalifət qüvvələri axşam saat 18:00 radələrində əllərində bayraqlar tutaraq Tiflisin Rustaveli prospektindən Kostava və Ketevan Tsamebuli küçəsinə tərəf üz tutub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, müxalifətçilər həmin gün qərara alıblar ki, hər gün axşam saatlarında 3 saat həmin küçələrdə nəqliyyatın hərəkəti dayandırılsın və Gürcüstan İctimai Televiziyasının qarşısında mitinqlər təşkil edilsin. Analoji mitinqlər prezidentin Avlabardakı iqamətgahında da keçirilib. Burada çıxış edən müxalifət nümayəndələri prezident Mixail Saakaşvilinin istefasını tələb ediblər. Prezident iqamətgahını qoruyan xüsusi təyinatlılar sabitliyi pozmaq istəməyiblər. İqamətgah qarşısında bir neçə saat çıxış edən müxalifət partiyalarının üzvləri yenidən parlamentin qarşısına qayıdaraq aksiyanı gecə saat 01:00-a qədər davam etdiriblər. Gecə parlamentin qarşısındakı tribunaya çıxan müxalifət nümayəndələri İrakli Alasaniya, Nino Burcanadze, Salome Zurabişvili və başqaları belə qərara gəliblər ki, təxribata yol verməmək üçün gecə saatlarında parlamentin qarşısında heç kim qalmasın. «Gürcüstanın yolu» partiyasının lideri S.Zurabişvili qeyd edib ki, «Bizdə olan məlumata görə, səhərə qədər kimlərsə Tiflisin mağazalarını dağıdıb, oğurluq edəcək. Sonra isə bunu müxalifətin üstünə yıxacaqlar. Əgər sabah belə bir informasiya olarsa, bilin ki, yalandır. Ona görə də bu gecə parlament qarşısında heç kim qalmayacaq».
Dünən axşam yerli televiziya ilə çıxışında prezident M.Saakaşvili «Bir-birimizi incitmək, qarşılaşmaq çox asandır. Ən asan yol ultimatum verməkdir. Belə kateqoriyalı adamların mövqeyinə mən maraq göstərmirəm. Dialoqa yox demək heç bir əziyyət tələb etmir. Lakin onlarla bir çalışmaq, əməkdaşlıq etmək, dil tapmaq, bir-birimizi başa düşmək, fikirləri gücləndirmək və qəbul etmək çətindir. Ən çox mənim marağımda olan gürcü xalqını və cəmiyyəti narahat edən məsələlərdir», - deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR