Bank Of Baku

Rusiyada ehtiyatda olan zabitlər mitinq keçirib

Rusiyada ehtiyatda olan zabitlər mitinq keçirib
# 11 aprel 2009 08:28 (UTC +04:00)
Vladivostok. Nicat Mustafayev – APA. Rusiyanın Vladivostok şəhərində ehtiyatda olan zabitlər ölkə hökumətinin orduda apardığı islahatlara etiraz olaraq mitinq keçirib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mitinqdə 300-ə yaxın ehtiyatda olan zabit iştirak edib. Aksiya iştirakçıları hökumətdən islahat planlarının ləğv edilməsi, hərbi qulluqçuların əmək haqları və pensiyalarının artırılması, ehtiyata göndərilən hərbi qulluqçulara islədiyi yerdə mənzillərin verilməsi, həmçinin həlak olmuş zabitlərin həyat yoldaşları üçün pensiyaların artırılmasını tələb edir. Aksiyanın keçirilmə yeri öncədən şəhər icra hakimiyyəti ilə razılaşdırılmadığına görə mitinq iştirakçılarının cərimələnəcəyi gözlənilir.
Qeyd edək ki, ilk dəfə orduda islahatların aparılmasını 2008-ci ilin oktyabr ayında Rusiyanın müdafiə naziri Anatoli Serdyukov elan edib. Üç il davam edəcək islahatlar çərçivəsində 120 minədək hərbi qulluqçunun ehtiyata göndərilməsi nəzərə tutulur ki, burada əsasən yüksək rütbəli zabit heyətinin ixtisarı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR