Bank Of Baku

Moldovalı jurnalistlər ABŞ-dan siyasi sığınacaq istəyib

Moldovalı jurnalistlər ABŞ-dan siyasi sığınacaq istəyib
# 11 aprel 2009 10:08 (UTC +04:00)
Nicat Mustafayev – APA. Moldovanın iki KİV orqanının kollektivi («Jurnal de Chisinau» qəzeti və www.jurnaltv.md onlayn telekanalı) ABŞ-dan siyasi sığınacaq istəyib.
APA-nın məlumatına görə, hər iki müxalifət KİV-in nümayəndələri sığınacağın istənilməsinin səbəbini son zamanlar ölkədə azad mətbuata qarşı görünməyən terrorun başlanması ilə əlaqələndirir. Buna misal olaraq, KİV nümayəndələri jurnalist Oleq Breqanın döyülməsi və sonradan sorğu-sual üçün prokurorluğa çağırılması, operator Qennadi Breqa və baş redaktorun müavini xanım Rodika Maxunu da sorğu-sualdan keçmələrini gətirir. Bəzi məlumatlara görə, məhz həmin jurnalistlər aprelin 7-də Kişinyovda baş verən iğtişaşların iştirakçıları və fəal təşkilatçılarından olub.
Bundan başqa, müxalifətdən olan KİV nümayəndələri hazırda dövlət başında olan Kommunist Partiyasının «məxfi plan» hazırladığını vurğulayırlar və məhz həmin planın nəticəsində Moldovanın müstəqilliyindən sonra əldə olunan bütün «azadlıqlar» aradan qaldırılacaq.
Qeyd edək ki, artıq bir neçə gündür Kişinyovda müxalifətçilərin etiraz aksiyası keçirilir. Etirazın səbəbi müxalifətin parlament seçkilərində məğlub olmasıdır. Aprelin 7-də isə aksiya iştirakçıları parlamentin binası və ölkə prezidentinin iqamətgahına daxil olaraq oranı darmadağın edib. Hər iki binaya dəyən zərər 27 mln. ABŞ dolları məbləğində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR