Bank Of Baku

Gürcüstan-Azərbaycan Humanitar Universitetinin bayrağı oğurlanıb

Gürcüstan-Azərbaycan Humanitar Universitetinin bayrağı oğurlanıb
# 11 aprel 2009 12:38 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Dünən gecə Marneulidə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin atributu olan bayraq oğurlanıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, universitetin rektoru Novruz Bayramov bunu ölkədə gedən proseslərlə əlaqələndirib. “Fikrimcə, universitetin bayrağını aksiyalarda istifadə etmək üçün oğurlayıblar”, - deyə rektor bildirib.

Qeyd edək ki, həmin gecə universitetin yerləşdiyi ərazidə fəaliyyət göstərən Türk firmasınıdan da 4 bayraq oğurlanıb. İstintaq orqanları tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR