Bank Of Baku

Gürcüstanın xarici işlər naziri ABŞ-a səfərə gedir

Gürcüstanın xarici işlər naziri ABŞ-a səfərə gedir
# 12 aprel 2009 19:33 (UTC +04:00)
Q. Vaşadze səfər zamanı ABŞ dövlət katibi Hillari Klintonla görüşəcək. Görüşdə əsasən Rusiya və Gürcüstan münasibətləri ilə bağlı BMT-nin növbəti qətnaməsinin qəbul edilməsi məsələsi müzakirə olunacaq. XİN başçıları iki ölkə arasındakı strateji əməkdaşlıq xartiyasında göstərilmiş prinsiplərin həyata keçirilməsi planının işlənib hazırlanması məsələsini də müzakirə edəcəklər.

Səfər çərçivəsində Q. Vaşadze BMT-nin baş katibi Pan Ki Mun, müavini Lin Pasko ilə görüşləri də planlaşdırılıb.

Bundan başqa nazir Fransa, Türkiyə, Böyük Britaniya Krallığı, Çin Xalq Respublikası, ABŞ-ın və Avstriyanın BMT-dəki daimi nümayəndələri ilə görüşəcək.

Q. Vaşadzenin ABŞ-a səfəri aprelin 16-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR