Bank Of Baku

Gürcüstan müxalifəti kütləvi aksiyasını bütün Tiflisə yaymağa hazırlaşır - FOTOSESSİYA

Gürcüstan müxalifəti kütləvi aksiyasını bütün Tiflisə yaymağa hazırlaşır - <font color=red>FOTOSESSİYA</font>
# 13 aprel 2009 08:04 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan müxalifətinin liderləri İrakli Alasaniya, İrakli Batiaşvili, Zurab Abaşidze, Qoqa Xaindrava, Nino Burcanadze, Badri Bisadze, Koka Quntsadze və başqaları parlamentin qarşısında baş vermiş insident barədə bəyanatla çıxış ediblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, müxalifətçilər Tiflis meriyasının təmizlik xidmətinin əməkdaşları ilə birlikdə 50 nəfərə yaxın mülki geyimli və dəyənəklə silahlanmış şəxsin parlamentin binası qarşısında qurulmuş aparaturaları sındıraraq aksiya iştirakçılarına fiziki güc tətbiq etdiklərini deyiblər. Gürcüstan Daxili işlər Nazirliyi isə həmin adamların nazirliklə heç bir əlaqəsi olmadığını açıqlayıb. Nazirlik bəyan edib ki, hökumət aksiyaya müdaxilə etməyəcək. Şəhər meri Qiqi Uqulava da insidentə münasibət bildirib. O, təmizlik xidmətinin əməkdaşlarını meydana özünün göndərdiyini söyləyib: “Bunu müxalifət xahiş etmişdi. Xüsusi forma geyinməyən adamlar təmizlik aparan işçiləri müşayiət edirdilər". Q. Uqulavanın açıqlamasından sonra müxalifət fəalları parlamentin qarşısından yığılmış zir-zibili şəhər meriyasının qarşısına töküblər. Müxalifət nümayəndələri getdikdən sonra zibil dərhal yığışdırılıb.

Qeyd edək ki, bazar günü axşam saatlarında da Tiflisdə müxalifətin aksiyası davam etdirilib. Müxalifət liderləri mitinqdə hərəkət planını açıqlayıblar. "Vahid Gürcüstan Uğrunda Hərəkat" Partiyasının liderlərindən olan Eka Beseliya aprelin 13-də saat 15.00-da başlanacaq mitinqin bütün şəhəri bürüyəcəyini və prezident Mixail Saakaşvili istefa verənədək bitməyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR