Bank Of Baku

David Qamkrelidze: “Biz digər millətlərə, o cümlədən azərbaycanlılara hörmətlə yanaşırıq” - FOTOSESSİYA

David Qamkrelidze: “Biz digər millətlərə, o cümlədən azərbaycanlılara hörmətlə yanaşırıq” - <font color=red>FOTOSESSİYA</font>
# 13 aprel 2009 16:09 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan parlamentinin binası qarşısında müxalifətin kütləvi aksiyası bərpa olunub. APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiyada müxalifət liderləri çıxış ediblər. Onlar aksiyanın ikinci mərhələsinin başlandığını bildiriblər. Bu gün yerli vaxtla saat 17.00-da Avlabardakı prezident iqamətgahının qarşısında mitinq başlayacaq və gecə-gündüz davam edəcək. “Rustavi-2” telekanalının ofisi qarşısında da etiraz aksiyası təşkil olunacaq. Müxalifət liderləri hər gün saat 15.00-da parlamentin qarşısına gələrək yeni planlar haqqında məlumat verəcəklər.

Müxalifət liderlərindən biri olam David Qamkrelidze guya müxalifət hakimiyyətə gələrsə, milli azlıqlara münasibətin dəyişəcəyi barədə şayiələr yayıldığını deyib: “Belə deyil. Biz digər millətlərə, o cümlədən Borçalıda yaşayan azərbaycanlılara hörmətlə yanaşır və bəyan edirik ki, indiyədək necə sülh şəraitində yaşamışıqsa, bundan sonra da elə yaşayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR