Bank Of Baku

Zurab Noqaideli müxalifətin aksiyalarında iştirakdan imtina edib

Zurab Noqaideli müxalifətin aksiyalarında iştirakdan imtina edib
# 13 aprel 2009 16:44 (UTC +04:00)
Bakı – APA. “Ədalətli Gürcüstan Uğrunda Hərəkat”ın lideri, keçmiş baş nazir Zurab Noqaideli müxalifətin mitinqlərdə bundan sonra iştirak etməyəcəklərini bəyan edib. APA-nın “Qruzia online” agentliyinə istinadən verdiyi məlumata görə, Z. Noqaideli əsas məqsədi prezident Mixail Saakaşvilini istefaya göndərmək olan aksiyalarda iştirakdan imtina etmələrinin səbəblərini hələlik açıqlamayıb. Lakin “Ədalətli Gürcüstan Uğrunda Hərəkat”dakı mənbələr bildirib ki, Z. Noqaideli müxalifət liderlərinin seçdikləri metodlarla razılaşmadığından onların arasında fikir ayrılığı yaranıb.

Keçmiş baş nazir özü isə mitinqlərdə iştirakdan imtinanın səbəbləri barədə aksiyalar bitdikdən sonra açıqlama verəcəyini söyləyib.

Qeyd edək ki, Z. Noqaidelinin rəhbərlik etdiyi hərəkat aprelin 9-dan Batumidə etiraz aksiyasına başlayıb. Aprelin 10-da onun tərəfdarları ilə birgə Tiflisdə keçirilən aksiyaya qoşulacağı nəzərdə tutulsa da, bu baş verməyib.

Bəzi məlumatlara görə, digər müxalifət liderləri Tiflisdə keçirilən nümayişdə Z. Noqaideliyə çıxış üçün söz verilməsinin əleyhinə çıxıb, bu isə keçmiş baş nazirin narazılığına səbəb olub.

Qeyd edək ki, Gürcüstan müxalifəti prezident M. Saakaşvilinin istefaya göndərilməsi tələbi ilə aprelin 10-da fasiləsiz aksiyalara başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR