Bank Of Baku

Minskdə peşəkar texniki təhsil və davamlı inkişaf üçün təhsil mövzusunda beynəlxalq konfrans keçiriləcək

Minskdə peşəkar texniki təhsil və davamlı inkişaf üçün təhsil mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 14 aprel 2009 08:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. MDB ölkələrinin təhsil nazirləri mayın 14-16-da peşəkar texniki təhsil və davamlı inkişaf üçün təhsil mövzusunda Minskdə keçiriləck beynəlxalq konfransa qatılacaqlar. APA-nın YUNESKO-nun Moskvadakı bürosuna istinadən yaydığı məlumata görə, konfransın təşkilatçısı Belarus hökumətidir. Konfransa MDB ölkələrinin təhsil nazirləri ilə yanaşı onların Almaniya, Latviya, Litva, Polşa, Finlandiya, Çexiya, İsveç və Estoniyadan olan həmkarları da qatılacaq. İştirakçılar sırasında Təhsil Nazirlikləri yanında peşəkar texniki təhsil idarələrinin rəhbərləri, təhsil siyasətini müəyyənləşdirən hakimiyyət nümayəndələri, MDB İçra Katibliyinin nümayəndələri, digər MDB qurumlarının, Dünya Bankının, Beynəlxalq Əmək Təşkilatının, YUNESKO-nun təmsilçiləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR