Bank Of Baku

Vladimir Voronin: “Kişinyovda baş verən hadisələrdə Rumıniya və Serbiya vətəndaşları iştirak edib”

Vladimir Voronin: “Kişinyovda baş verən hadisələrdə Rumıniya və Serbiya vətəndaşları iştirak edib”
# 14 aprel 2009 08:44 (UTC +04:00)
Kişinyov – APA. Moldova prezidenti Vladimir Voronin Kişinyovda baş verən iğtişaşda Rumıniya və Serbiya vətəndaşlarının rol oynadığını açıqlayıb. APA-nın xəbərinə görə, V. Voronin İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Serbiyadan 9 nəfərin qeyri-sabitlik yaratmaq məqsədilə Moldovaya gəldiyini deyib. Həmin şəxslərdən birinin ABŞ təşkilatları ilə əlaqəli olduğuna dair sənədlər var. V. Voronin Rumıniya xüsusi xidmət orqanlarının əməkdaşlarının da iğtişaşın təşkilində iştirak etdiyini söyləyib. O bildirib ki, seçki saxtakarlığı adı altında təşkil olunan etiraz aksiyalarında məqsəd hakimiyyəti ələ keçirmək olub. V. Voronin bu aksiyaları Gürcüstan və Ukraynadakı inqilablarla müqayisə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR