Bank Of Baku

Qırğızıstan parlamentinin üzvü güllələnib

Qırğızıstan parlamentinin üzvü güllələnib
# 14 aprel 2009 16:17 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan parlamentinin üzvü Səncər Qədirəliyev naməlum şəxslər tərəfindən qətlə yetirilib. APA-nın məlumatına görə, millət vəkili evinin yaxınlığında naməlum şəxslərin açdığı atəş nəticəsində dünyasını dəyişib. Qətlin motivləri məlum deyil. Hələlik deputatın ölümü ilə bağlı heç bir rəsmi versiya açıqlanmayıb. Səncər Qədirəliyev uzun müddət “Pankration” qaydasız döyüş növləri federasiyasının vitse-prezidenti olub. O, parlamentdə hakim “Ak jol” partiyasını təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR