Bank Of Baku

Mahmud Əhmədinejat: “Ermənistan və İran xalqları tarix boyunca dost olub”

Mahmud Əhmədinejat: “Ermənistan və İran xalqları tarix boyunca dost olub”
# 15 aprel 2009 08:18 (UTC +04:00)
Tehran – APA. “Ermənistan və İran bölgədə təhlükəsizlik və sabitliyin təminatı üçün ikitərəfli və regional əlaqələrini möhkəmləndirməlidir. Ümumi mədəniyyətə malik ölkələrimiz arasında qarşılıqlı fəaliyyət bütün bölgədə sülh, sabitlik və inkişafa gətirib çıxaracaq”. APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejat deyib. O, Ermənistan-İran əlaqələrinin tarixi köklərə malik olduğunu, hər iki xalqın tarix boyunca hər zaman bir-birinə etimad bəslədiyini və dost olduqlarını vurğulayıb. İrandakı erməni icmasının vəziyyətinə toxunan M. Əhmədinejat onların öz müsəlman soydaşları ilə eyni mədəniyyəti və eyni maraqları bölüşdüyünü bildirib: “Erməni icması da digər iranlılar kimi ölkənin müstəqilliyini, mədəniyyətini və ərazi bütövlüyünü müdafiə edir”.
Öz növbəsində S. Sarkisyan da səfər zamanı imzalanan 8 memorandumun iki ölkə münasibətlərini möhkəmləndirəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR