Bank Of Baku

Yuliya Timoşenko ekologiya nazirini hökumətin iclasından qovub

Yuliya Timoşenko ekologiya nazirini hökumətin iclasından qovub
# 15 aprel 2009 11:02 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın baş naziri Yuliya Timoşenko ekologiya naziri Vasili Filipçuku hökumətin iclasından qovub. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, Y. Timoşenko giriş sözündə bildirib ki, Krım tatarları Nazirlər Kabinetinin binası qarşısında piket keçirir və bir müddət əvvəl ekologiya naziri V. Filipçuka onlarla görüşüb problemlərini öyrənməyi tapşırıb. O, üzünü nazirə tutaraq “siz şəxsən piketçilərlə görüşmüsünüzmü”, deyə soruşub. V. Filipçuk isə cavab verib ki, bu məsələ onun müavinlərinin nəzarətindədir. Cavabdan məmnun qalmayan V. Timoşenko V. Filipçuka göstəriş verib ki, dərhal zalı tərk edərək piketçilərin qarşısına çıxsın: “İnsanlarla söhbət etdikdən sonra iclasa qayıdarsınız. Mən axı dünən sizə demişdim. Hesab edirsiniz ki, baş nazirin tapşırığına əməl etməyərək bunu onuncu müavininizə həvalə edə bilərsiniz?! Bəlkə sizin vaxtınız yoxdur və piketçilərlə baş nazirin görüşməsini istəyirsiniz?!” Bu qınaqlardan sonra V. Filipçuk zalı tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR