Bank Of Baku

Qırğızıstanda torpaq sürüşməsi baş verib, 16 nəfər ölüb

Qırğızıstanda torpaq sürüşməsi baş verib, 16 nəfər ölüb
# 16 aprel 2009 08:24 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstanda baş verən torpaq sürüşməsi nəticəsində ən azı 16 nəfər ölüb. APA-nın məlumatına görə, torpaq sürüşməsi Cəlalabad rayonunun Raykomol kəndində baş verib. İlkin məlumata görə, təbii fəlakət zamanı üç yaşayış evi uçub, evlərdə yaşayan bütün sakinlər həlak olub. Qəza nəticəsində Bişkekin bir çox rayonlarına elektrik enerjisinin verilməsində problemlər yaranıb. Paytaxta elektrik enerjisinin verilməsi yalnız bir neçə saatdan sonra bərpa olunub. Hazırda qəza bölgəsində xilasetmə-axtarış işləri aparılır. Xilasetmə işlərinə Qırğızıstanın fövqəladə hallar naziri Kamçibek Taşiyev rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR