Bank Of Baku

Çeçenistanda antiterror əməliyyatı rejimi ləğv edilib

Çeçenistanda antiterror əməliyyatı rejimi ləğv edilib
# 16 aprel 2009 09:47 (UTC +04:00)
Moskva – APA. Çeçenistanda 1999-cu ildən bəri fəaliyyət göstərən antiterror əməliyyatı rejimi aprelin 16-da başa çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının Milli Antiterror Mərkəzi elan edib. Mərkəzdən bildiriblər ki, prezident Dmitri Medvedevin göstərişi ilə Çeçenistan Respublikası ərazisində antiterror fəaliyyətinin təşkilinə dəyişiklik edilib. Bundan sonra Çeçenistanda terrorla mübarizə ölkənin digər regionlarında qüvvədə olan ümumi qaydalara uyğun aparılacaq.
Xatırladaq ki, Çeçenistan 1999-cu ildə o vaxtkı prezident Boris Yetltsinin fərmanı ilə antiterror əməliyyatı rejimi zonası elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR