Bank Of Baku

Qazaxıstanda italyan maestro Antonio Stradivarinin xüsusi möhürü vurulmuş skripka tapılıb

Qazaxıstanda italyan maestro Antonio Stradivarinin xüsusi möhürü vurulmuş skripka tapılıb
# 16 aprel 2009 15:19 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva-APA. Qazaxıstanın Karaqanda vilayətində italyan maestro Antonio Stradivarinin xüsusi möhürü vurulmuş skripka tapılıb. APA-nın Qazaxıstandakı müxbirinin məlumatına görə, əntiq əşyalar üzrə ekspert Nikolay Dudkin yerli telekanallara açıqlamasında skripkanın ona bir ay əvvəl təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, bu alətdə 100 ildir ki, musiqi çalınmayıb. Skripkanı əntiq əşyalar üzrə ekspertə ötən əsrin 40-cı illərində Qazaxıstanın Karaqanda vilayətinə Peterburqdan sürgün edilən varlı toxucu ailəsinin üzvləri veriblər. Onlar skripkanı sürgün zamanı ən qiymətli əşya kimi Karaqandaya gətirdiklərini deyiblər. Nikolay Dudin skripkanın vizual görüntüsünün Stradivarinin hazırladığı skripkalarla tam uyğun gəldiyini deyib. Ekspertin sözlərinə görə, Almatı şəhərindəki mərkəzi muzeyin ekspertləri skripkaya rəy verməkdən çətinlik çəkiblər. İndi skripkanın sahibləri əntiq əşyanı Nikolay Dudkinin məsləhəti ilə Moskvaya ekspertizaya aparmağa hazırlaşırlar. Qeyd edək ki, Stradivariyə daha bir skripka 2007-ci ildə Çelyabinskdə tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR