Bank Of Baku

Qırğızıstanda torpaq sürüşməsi zamanı həlak olan 16 nəfər bu gün torpağa tapşırılacaq

Qırğızıstanda  torpaq sürüşməsi zamanı həlak olan 16 nəfər bu gün torpağa tapşırılacaq
# 17 aprel 2009 12:02 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva-APA.Dünən Qırğızıstanın Cəlalabad rayonunun Raykomol kəndində baş vermiş torpaq sürüşməsi zamanı ölənlərin cəsədləri torpağın altından çıxarılıb. APA-nın Qazaxıstandakı müxbirinin məlumatına görə, Qırğızıstan fövqəladə hallar nazirinin müavini Turatbek Cunuşaliyeva bildirib ki, dağıntılar altında qalmış 16 nəfərdən sonuncunun da cəsədi axşam saatlarında tapılıb. Ölənlərdən doqquzu uşaq, ikisi azyaşlı məktəbli, yeddi nəfər isə gəncdir. Bu gün təbii fəlakətdə dünyasının dəyişənlərin dəfn mərasimi keçiriləcək. Mərasimdə dövlət katibi Nuroqlı Dosbol da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR